
Bakı.Trend:
Aparılan yoxlamaların nəticələrinə istinad etsək, aşkar olunan
nöqsanların sayının çoxluğunu nəzərə alsaq, yanğın söndürmədə erkən
xəbərdarlıq sistemlərinin tam həcmdə ölkəni əhatə etmədiyini görə
bilərik.
Bu fikirləri Trend-ə müsahibəsində Dövlət Yanğın Nəzarəti
Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev
deyib.
O vurğulayıb ki, mərhələli şəkildə dövlət nəzarəti çərçivəsində
yanğın söndürmə sistemlərinin quraşdırılması prosesləri
getməkdədir.
FHN rəsmisi əlavə edib ki, apardığımız araşdırmalarda binaların
ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmaması, elektrik
təsərrüfatının elektrik qurğularının tələblərinə uyğun
quraşdırılmaması, o cümlədən vətəndaşlar tərəfindən müxtəlif
üsullarla qaz xətlərinin yerlərinin dəyişdirilməsi kimi hallar
qarşımıza çıxır:
“Həmçinin vətəndaşlarımız binaların həyətyanı sahələrində
yerləşən yanğın su hovuzlarının vəziyyətinə müdaxilə edirlər.
Bununla yanğınsöndürmə əməliyyat şəraiti çətinləşdirilir”.

