Hakim Ziyeş Mərakeş klubunda

Baş səhifə

Bakı. Trend:

Hakim Ziyeşin yeni komandasının adına aydınlıq gəlib.

Trend xəbər
verir ki, mərakeşli vinger karyerasını ölkəsində davam
etdirəcək.

Ziyeş “Vidad”la anlaşıb. Bu barədə klubun mətbuat xidməti
məlumat yayıb.




32 yaşlı vingerlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan
müqavilə imzalanıb.

Qeyd edək ki, Hakim Ziyeş “Herenven”, “Tvente”, “Ayaks”, “Çelsi”, “Qalatasaray” və “Əl-Duhail”də çıxış edib.