Toyota ABŞ-də yığılmış avtomobillərin idxal imkanlarını araşdırır

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın Toyota Motor şirkəti ABŞ-də istehsal olunan
avtomobillərinin idxal imkanlarını araşdırır.

Trend xəbər verir
ki, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.




Agentliyin məlumatına görə, planlar ABŞ Prezidenti Donald
Trampın 27–29 oktyabr tarixlərində Yaponiyaya səfəri zamanı Amerika
tərəfinə çatdırıla bilər.

Kyodo izah edir ki, məqsəd Trampın dəfələrlə narazılığını
bildirdiyi iki ölkə arasındakı ticarət balanssızlığını aradan
qaldırmaqdır. Hər il Yaponiya təxminən 500.000 avtomobili Amerika
bazarına ixrac edir, lakin ABŞ-da istehsal olunan Toyota modelləri
ölkəyə tədarük edilmir.