Məhkəmə Trampın İllinoys ştatına Milli Qvardiya yeritməsini qadağan edib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin İllinoys ştatının Şimal dairəsinin hakimi Eypril Perri
ölkə prezidenti Donald Trampın Çikaqoya Milli Qvardiya səfərbər
etməsini qeyri-müəyyən müddətə qadağan edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə qətnamə federal məhkəmənin
saytında dərc olunub.




Federal administrasiya yuxarı instansiya məhkəməsinin bu
qərarından şikayət etmək niyyətindədir. Qeyd olunur ki, Ağ Evin
ştatlara Milli Qvardiya döyüşçüləri göndərməsi ilə bağlı qərarını
artıq bir sıra məhkəmələr bloklayıb.

Xatırladaq ki, oktyabr ayının əvvəlində Tramp Milli Qvardiyanın
300-ə yaxın döyüşçüsünün İllinoys ştatına səfərbər olunması ilə
bağlı sərəncam vermişdi.