Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs ölkəmizə ekstradisiya edilib

Baş səhifə

Bakı. Trend:

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın
tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları
Alıyev Hafiz Salman oğlu, Əliyev Nəriman Elşad oğlu, Nuriyev Kazım
Ağaqulu oğlu və Həsənov Emin Vasif oğlunun ekstradisiyaları
haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş
Prokurorluğu tərəfindən təmin edilib.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq
məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət
əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən,
barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında
qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə
onlar beynəlxalq axtarışa veriliblər.




Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində
saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi
konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.