Tramp Ağ Evdə nəhəng bal zalı inşa etdirir

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Ağ Ev kompleksinin
ərazisində böyük bal zalının inşasına başlanıldığını elan edib.

Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.




“Sevinclə bildirirəm ki, Ağ Ev ərazisində yeni, böyük və gözəl
bir bal zalının inşasına başlanılıb. Bu proses çərçivəsində Ağ
Evdən tamamilə ayrılmış Şərq qanadı da tam şəkildə yenidən
qurulacaq və tikinti başa çatdıqdan sonra daha da gözəl olacaq”,-
deyə Tramp “Truth Social” platformasında yazıb.

Ağ Ev rəhbəri bu işlər üçün ABŞ büdcəsindən federal vəsaitin
ayrılmayacağını, belə ki, tikintinin ayrı-ayrı şəxslərin,
şirkətlərin və elə Trampın özünün şəxsi vəsaitləri hesabına həyata
keçiriləcəyini vurğulayıb.