Macarıstanda görüş ikitərəfli olacaq – Tramp

Baş səhifə

Bakı. Trend:

Macarıstan görüşünün neçə tərəfli olacağını müəyyənləşdirmək
lazımdır, amma bu, çox güman ki, ikitərəfli görüş olacaq.

Trend xəbər verir ki, bu
sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı
Volodimir Zelenski ilə geniş tərkibdə görüş zamanı jurnalistlərin
sualına cavabında deyib. O bildirib ki, Prezident Zelenski ilə
təmasda olacaq.




“İki prezident arasında çox pis ədavət var. Çox çətin
vəziyyətdir. Bu iki lider bir-birini sevmir. Biz bunu hamı üçün
rahat etmək istəyirik. Beləliklə, bu və ya digər formada üç tərəf
bu işə cəlb olunacaq, lakin bu, ayrı-ayrılıqda ola bilər”, – deyə
Tramp qeyd edib.