Ficidə 5,3 bal gücündə zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Fici Respublikasına aid olan Kadavu adasının cənubunda 5,3 bal
gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir
ki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.




Məlumata görə, zəlzələnin episentri 10 mindən çox insanın
yaşadığı adadan təxminən 400 kilometr aralıda, ocağı isə 550
kilometr dərinlikdə yerləşib.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur, həmçinin
sunami təhlükəsi elan edilməyib.