
Vanuatu sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.
“Report”un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) xəbər yayıb.
Zəlzələnin episentri təxminən 35 900 əhalisi olan Port-Vila şəhərindən 233 kilometr şimal-qərbdə, ocağı 35 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı edilməyib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


