Azərbaycan və Özbəkistan U-20 Dünya Çempionatına birgə ev sahibliyi edəcək

Baş səhifə

Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.

Metbuat.az xəbər verir ki, bu barədə FIFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

Bildirilib ki, bu tarixi nailiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin uğurlu idman siyasətinin, o cümlədən ölkələrimizdə futbolun inkişafına göstərdikləri diqqətin nəticəsidir:

“Yüksək inam və etimada görə FIFA İcraiyyə Komitəsinin üzvlərinə, xüsusən də, qurumun prezidenti cənab Canni İnfantinoya minnətdarlığımızı bildiririk”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.