Yermek Koşerbayev Qazaxıstanın xarici işlər naziri təyin olunub

Baş səhifə

Bakı. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yermek Koşerbayevin
xarici işlər naziri təyin edilməsi barədə sərəncam imzalayıb.

Trend-in
məlumatına görə, bundan əvvəl bu vəzifəni tutan Murat Nurtleu
vəzifəsindən azad edilərək Qazaxıstan Prezidentinin köməkçisi təyin
edilib.




Öz növbəsində Nurtleu Murat Abuqaliuli isə Qazaxıstan
Respublikası Prezidentinin beynəlxalq investisiya və ticarət
əməkdaşlığı üzrə köməkçisi təyin edilib.