Şəkəri niyə və necə azaldaq?!

Cəmiyyət


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam edir. Bu çərçivədə hər kəsə şəkəri normaya uyğun qaydada istehlak etmək tövsiyə olunur. Çünki şəkərdən normadan artıq istifadə edilməsi insan orqanizmində aşağıdakı problemləri yarada bilər:

Ürək-damar xəstəlikləri;

İkinci tip diabet;

Piylənmə;

Diş çürüməsi;

Uşaqlarda diqqət zəifliyi;

Uşaqlarda allergik reaksiyaların yaranması;

Yeniyetmələrdə qavrama qabiliyyətinin aşağı düşməsi;

İmmun sistemin zəifləməsi;

Xərçəng xəstəliyinin bəzi növlərinin yaranma ehtimalını artırması.

Necə?

Mütəxəssislər hesab edirlər ki, aşağıdakı tövsiyələri yerinə yetirməklə istehlak olunan şəkərin miqdarını əsaslı şəkildə azaltmaq mümkündür:

Məhsulun etiketini oxumaqla və tərkibindəki şəkərin miqdarına diqqət yetirməklə;

Tərkibində şəkərin miqdarı çox olan, yəni “şəkər” sözü inqrediyent siyahısında birinci və ya sonrakı ilk sıralarda yazılan məhsulları az istehlak etməklə;

Etiketdə göstərilən şəkərin miqdarının məhsulun 100 mq-ı və ya 100 ml-i üçün verildiyini bilməklə;

Etiketdə “şəkər” müxtəlif adlarla (qlükoza, fruktoza, dekstroza, maltoza, şərbət, qamış şəkəri, qamış suyu, invert şəkər, bəhməz, karamel) göstərilə bildiyi üçün həmin adları yadda saxlamaqla;

Yemək yeyərkən şəkərli içkiləri qəbul etməməklə;

Şirin çay içməməklə və ya bir stəkan çaya bir çay qaşığından artıq şəkər əlavə etməməklə;

Qazlı şirinləşdirilmiş içkiləri sadə su ilə əvəzləməklə;

Bişirilmiş məhsullarda şəkər əvəzinə darçın, muskat qozu, zəncəfil və ya şirinləşdirilməmiş meyvə qurularından istifadə etməklə;

Dadlandırılmış süd və kokteyl kimi içkilərin sadə növlərini, yəni müxtəlif meyvə konsentratları əlavə olunmamış növlərini seçməklə;

Meyvə şirəsi qəbul etmək əvəzinə meyvənin bütöv halda yeyilməsinin daha xeyirli olduğunu bilməklə;

Təbii məhsullara üstünlük verməklə və emal olunmuş məhsulların istehlakını azaltmaqla.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən böyüklər və uşaqlar üçün gündəlik əlavə şəkər qəbulunun təxminən 25 qrama (altı çay qaşığı) qədər azaldılması tövsiyə olunur. Bu miqdara qablaşdırılmış qidaların tərkibindəki gizli şəkərlər də aid edilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir