Azərbaycan karateçisi: “Qələbəmin təsadüf olmadığını sübut etdim”

Dünya


“Özümü yenidən təsdiqlədim və qələbəmin təsadüf olmadığını sübut etdim”.

Bunu “resmixeber.az”a açıqlamasında Litvanın Kaunas şəhərində keçirilən kudo üzrə Avropa çempionatında 19 yaşadək idmançıların mübarizəsində qızıl medal qazanan Azərbaycan karateçisi Sevinc Mövsümzadə deyib.

O, mayda dünya çempionatının finalında məğlub etdiyi maltalı rəqibi ilə bu dəfə də həlledici raundda üz-üzə gəldiyini söyləyib:

“Ən çətin döyüşüm də məhz bu duel oldu. Mənə qarşı xüsusi hazırlıq görmüşdü. Turnirdən sonra yaxınlaşdı, hansı əlimi və ayağımı daha yaxşı işlədə bildiyimi soruşdu. Mən isə hamısının eyni olduğunu söylədim” (gülür).

Qeyd edək ki, kudo millimiz Avropa çempionatında üç qızıl və bir gümüş medal qazanıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir