Siyəzəndə itkin düşən şəxsin meyiti tapıldı

Cəmiyyət


Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində meyiti aşkarlanan 23 yaşlı Rafael Ramazanovun itkin düşdüyü məlum olub.

resmixeber.az-nın məlumatına görə, o, mayın 12-də səhər saatlarında yaşadığı Quba rayonunun Söhüb kəndindəki evindən çıxıb və bir daha geri qayıtmayıb. Onun cəsədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran Rayon Şöbəsində müayinə edilib. Mərhumun hansı səbəbdən ölməsi araşdırılır.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir