Gəncədə qəza: Xəsarət alanlar var

Cəmiyyət


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Chevrolet” markalı minik maşını yolun kənarında dayanan digər avtomobilə çırpılıb.

Qəza zamanı “Chevrolet”nin sürücüsü, 1983-cü il təvəllüdlü Vaqif Tapdıq oğlu Rəhimov və onun övladı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir