Honkonqda müvəqqəti sığınacaqlar qurulub – VİDEO

Dünya


Honkonqda “Talim” qasırğasının yaxınlaşması səbəbindən ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, məktəblərdə dərslər ləğv edib.

Məlumatı Honkonq şəhər administrasiyası yayıb.

Məlumatda, həmçinin qeyd olunur ki, şəhərdə gözlənilən qasırğa ilə əlaqədar 29 müvəqqəti sığınacaq təşkil edilib.

Sakinlərdən zəruri ehtiyac olmadan evlərini tərk etməmək xahiş olunur. Bundan başqa, şəhərdə kütləvi tədbirlər də ləğv edilib.

Meteorologiya bürosunun məlumatına görə, “Talim” adlandırılan tayfun Honkonqdan 260 kilometr aralıda yerləşir.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir