Bakıda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.
resmixeber.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Tünzalə Müsafəddin qızı Hümbətova keçmiş əri 1983-cü il təvəllüdlü Alqayıt Məhərrəm oğlu Hüseynov tərəfindən qısqanclıq zəminində bıçaqlanıb.
Hadisəni törədən şəxs saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
www.RESMIXEBER.az