Elnur Əliyev: “Dördgünlük iş rejimi ikitərəfli məsələdir” – VİDEO

Cəmiyyət


“Bir çox ölkələrdə pilot layihə kimi həftədə dördgünlük iş rejimi tətbiq edilməyə başlayıb. Burada səslənən və real niyyət məsələsi əsasdır”.

Oxu.Az-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, səslənən niyyət daha çox o adamların asudə vaxtları üçün belə bir rejimin tətbiqidirsə, əslində, real niyyət sahibkarların maliyyə vəsaitlərinə qənaət də ola bilər:

“Bu məsələ ikitərəflidir”.

O qeyd edib ki, ölkəmizə görə, bu məsələ tək İqtisadiyyat Nazirliyinin deyil, digər strukturların və cəmiyyətin birgə müzakirələri əsasında ortaya çıxan cavab ola bilər.

İlhamə Əbülfət

www.RESMIXEBER.az