Bakıda yeniyetmələr kişini təkləyib qarət etdilər

Kriminal


Bakıda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, iyunun 16-da gecə saatlarında Yasamal rayonu ərazisində Xaçmaz rayon sakini R.Süleymanovun 180 manat pulu və mobil telefonu quldurluq yolu ilə talanıb. Bu barədə polisə məlumat daxil olub.

Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

www.RESMIXEBER.az