Xanım hüquqşünasın lüks avtomobilini yandıran şəxsin məhkəməsi başladı

Kriminal


Bakı Apellyasiya Məhkəməsində qaçırdığı bahalı avtomobillə qəza törədən və maşının partlayaraq yanmasına səbəb olan Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Əlican Qurbanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Əlican Qurbanov 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qeyd edək ki, hadisə Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 226 saylı binanın duracağından başlayıb. Gecə banklardan birində hüquqşünas kimi çalışan S.A.- ya məxsus “BMW-X6” markalı avtomobilin duracaqdan qaçırıldığı məlum olub.

Belə ki, xanım hüquqşünas avtomobilini həyətdə park etdikdən sonra açarı binanın mühafizəçisi Murad adlı şəxsə təhvil verib və o da açarları otağına qoyub. Bundan sonra həyətdəki avtoyuma məntəqəsində yuyucu işləyən Əlican sərxoş halda gecə saat 4-də oraya gəlib və avtomobilin açarını götürüb, maşını sürərək oradan uzaqlaşıb. Səhər saat 6-da o, maşını yüksək sürətlə idarə edərkən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qəza törədib. Nəticədə avtomobil partlayaraq yanıb. Hadisə zamanı avtomobilə ümumilikdə 40 min manat ziyan dəyib və tamamilə yararsız hala düşüb.

Sonradan məlum olub ki, bahalı avtomobil lizinq obyektidir. Belə ki, xanım hüquqşünas işlədiyi banka ödəniş edərək maşını kreditlə əldə edib.

Hadisədən dərhal sonra Əlican Qurbanov həbs edilib. Barəsində Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 185.2.4-ci (Talama məqsədi olmadan avtomobil qaçırma – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə iş açılıb.

Məhkəmədə Əlican törətdiyi əməli etiraf edib. O, vurmuş olduğu 40 min manatlıq ziyanı ödəmək imkanının olmadığını deyib. Həmçinin DYP-yə məxsus xidməti avtomobilə və yol kənarından keçən “Toyota Corolla” markalı maşına da xeyli ziyan dəyib.

Məhkəmədə zərərçəkmiş tərəf Əlican Qurbanovun əməlinə görə ona böyük ziyan dəydiyini bildirib və ondan şikayətçi olub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir