Neftçalada avtomobil motosikletlə toqquşdu: Ölənlər və yaralanan var

Kriminal


Neftçala rayonunda 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alınması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un məlumatına görə, hadisə rayonun Həsənabad avtombil yolunda qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil motosikletlə toqquşub. Qəza nəticəsində Neftçala rayon sakinləri – 1968-ci il təvllüdlü Tofiq İsgəndər oğlu Hüseynov və 1979-cu il təvəllüdlü Elnur İsa oğlu Zeynalov hadisə yerində ölüb. Müxtəlif dərəcəli xəsarətlər alan 2010-cu il təvəllüdlü Bayram İntiqam oğlu Balaşov isə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir