Zukerberq Maskı əsəbiləşdirmək istəyir

DIN


 “Meta” korporasiyası “Twitter” sosial şəbəkəsinin analoqu olacaq əlavəsini hazırlayır.

Kod adı “Project 92” olan layihə “Instagram” platforması vasitəsilə işə salınacaq. Hədəf isə “Twitter”lə rəqabətdir.

Məlumatlı mənbələr bildiriblər ki, şirkət ictimai xadimlərin tələbi ilə “ağıllı şəkildə idarə olunan platforma” yaratmağa ümid edir.

Həmçinin korporasiya teleaparıcı Opra Uinfri və Tibetin dini lideri Dalay Lama ilə proqramdan istifadəyə razılıq vermələri üçün danışıqlar aparır.

“Meta” tətbiqi mümkün qədər tez işə salmağı planlaşdırır.

Qeyd edək ki, “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqlə “Twitter”ın rəhbəri İlon Mask mütəmadi olaraq bir-biriləri ilə mübahisələriylə (süni intellektin insanlığa faydası, beyinə çiplərin implantasiyası və s.) gündəmdə olurlar.

Mənbə: MİR24

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir