Bakıda və Neftçalada kişi meyitləri aşkarlanıb

Kriminal


Azərbaycan ərazisində iki nəfərin meyiti tapılıb.

“resmixeber.az”un xəbərinə görə, paytaxtın Nəsimi rayonu ərazisində üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi cinsli şəxsin tapılması faktı ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.

Həmin meyitin 1972-ci il təvəllüdlü Sərvər Şəmil oğlu Həsənova məxsus olması müəyyən edilib.

Neftçala rayon sakini, 1961-ci il təvəllüdlü Şakir Hüseyn oğlu Hüseynovun meyiti isə yaşadığı ünvandakı yardımçı tikilidə aşkarlanıb.

Meyitin xarici müayinəsi zamanı hər hansı xəsarət aşkar olunmayıb.

Faktlarla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir