Nazir idman zallarında baş verən neqativ hallar barədə DANIŞDI

Cəmiyyət


“Məktəblərdə fəaliyyət göstərən idman zallarında baş verən neqativ halları bir qurumun üzərinə atmaq olmaz”.

resmixeber.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, məktəblərdə olan idman zallarının mahiyyəti peşəkar idmançı yetişdirmək deyil:

“Sadəcə olaraq uşaqların asudə vaxtlarını daha səmərəli keçirilməsi üçündür. Onların arasından çıxacaq peşəkar idmançıları federasiyalar yetişdirməlidir”.

Qeyd edək ki, aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir