Bakıda Kino Forumu davam edir

Mədəniyyət


Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusuna həsr olunmuş Kino Forumunun ikinci günü başlayıb.

resmixeber.az xəbər verir ki, tədbirdə ölkənin mədəniyyət və ictimaiyyət xadimləri, xarici qonaqlar və media mənsubları iştirak edirlər.

Forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi ilə bağlı təkliflər müzakirə olunur.

Qeyd edək ki, forum bu gün “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” adlı üçüncü və “Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi” adlı dördüncü panelləri ilə işini davam etdirir.

Müzakirələrdə kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələrin nəzərə alınmalı olduğu, tamaşaçının yerli filmlərə marağının artırılmasının necə tənzimlənməsi, “Azərbaycanfilm” kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri, xarici sərmayənin kino sənayesinə cəlb olunması prinsipləri kimi mövzulara toxunulacaq.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir