Avropa İttifaqı Şurası Ukrayna üçün bir milyard avro ayrılmasını təsdiqlədi

Dünya


Avropa İttifaqı Şurası mayın 31-dək Ukraynanı sursatla təmin etmək üçün 1 milyard avro ayrılmasını təsdiqləyib.

“Aİ Şurası bu gün 1 milyard avro dəyərində yardım tədbirini təsdiq etdi. Bu tədbir Aİ-yə 2023-cü il fevralın 9-dan mayın 31-dək Ukraynaya göndərilən sursatların dəyərini üzv dövlətlərə ödəməyə imkan verəcək”, – deyə bununla bağlı məlumatda qeyd edilib.

Xatırladaq ki, mart ayında Avropa İttifaqı makromaliyyə yardımı proqramı çərçivəsində Ukraynaya 1,5 milyard avro həcmində daha bir tranş köçürüb.

Mənbə: RT

www.RESMIXEBER.az