Bakıda DƏHŞƏT: Xəstə bacısının öldüyünü görüb intihar etdi

Cəmiyyət


Bakıda evdən iki meyit tapılıb.

APA xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Aydın Şəmsəddinov evdə özünü asaraq intihar edib.

Evə baxış zamanı 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın meyiti aşkar edilib.

Ailənin yaxınlarının verdiyi məlumata görə, Aydın Şəmsəddinov bacısının ölməsinə dözməyərək intihar edib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az