Avtobusdakı dava ilə bağlı cinayət işi açıldı – YENİLƏNİB + AÇIQLAMA + VİDEO

Kriminal


Avtobusda sərnişinlər arasında düşən dava ilə bağlı cinayət işi açılıb.

Bu barədə resmixeber.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. 

O bildirib ki, iki nəfərin dalaşmasını əks etdirən görüntülər tərəfimizdən araşdırılıb:

“Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü A.Talıblı barədə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib”.

09:30

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə sərnişin avtobusunda baş verən dava ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib. 

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

09:16

Bakıda avtobusların birində iki şəxs arasında mübahisə dava ilə nəticələnib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə iki kişinin bir-biri ilə dava etməsi öz əksini tapıb.

Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir