ABŞ dövlət katibinin köməkçisi: “Moskva və Tehranın Cənubi Qafqazda fəallığı təşviş doğurur”

Siyasət

“Moskva və Tehranın Cənubi Qafqaz regionunda fəallığı təşviş doğurur”.

Xarici KİV-də yayılan xəbərlərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid bildirib.

Onun sözlərinə görə, Qarabağda yerləşdirilən Rusiya sülhməramlıları konstruktiv rol oynamırlar, İran isə Cənubi Qafqazda siyasi, hərbi və iqtisadi rolunu fəal şəkildə genişləndirməyə çalışır.

Bu qorxuları son bir ildə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin daha da gücləndirdiyini vurğulayan Keren Donfried əlavə edib ki, Rusiya və İranın regional fəaliyyəti Ermənistan-Azərbaycan sülh prosesini daha da aktuallaşdırmalıdır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir