Bakıda kişi mübahisə zamanı bıçaqlandı

Cəmiyyət

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Sovxoz adlanan ərazidə 1972-ci il təvəllüdlü İbadov Valeh Nuri oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb.

Yaralı qarnın ön səthinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir