Eldar İbrahimov: “Torpaq islahatı elə-belə aparılıb” – FOTO

Cəmiyyət

“Azərbaycanda torpaq islahatı elə-belə aparılıb, bu sahədə problemlər hələ də həll olunmayıb”.

“resmixeber.az” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Eldar İbrahimov bildirib.

“Abşeron rayonunda, Bakının Suraxanı və Binəqədi rayonlarında problemli torpaqlar var. Bunların taleyi necə olacaq? İnsanları qeyri-qanuni süründürmək düzgün deyil. Bu qanunlar nə üçündür? Onları təkcə savadlı insanlar deyil, sadə insanlar da oxuyub, başa düşməlidirlər, eyni zamanda qanunlar bir-birini təsdiq etməlidir. Bəzi rayonlarda torpaq məsələsinə görə insanlar incidilirlər. Bu məsələləri yekunlaşdırmaq lazımdır. Ümumilikdə əmlak məsələlərində qarışıq məqamlar var. Kim nə iş görür araşdırılmalıdır. Keçən dəfə nazirliyin əməkdaşları da iclasda iştirak edirdilər, amma hələ də qaldırılan məsələlər öz həllini tapmayıb”, – deyə o qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir