Bakıda avtomobil 17 yaşlı gənci vuraraq ağır xəsarət yetirdi

Cəmiyyət

Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Nobel prospektində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Kərimov Nicat Elman oğlunu vurub.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona müştərək travma, soltərəfli bazu və baldır sümüklərinin yerdəyişən açıq sınıqları diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

www.RESMIXEBER.az