Bakıda qardaş hamilə bacısını bıçaqlayıb

Kriminal

Bakının Sabunçu rayonunda ailə-məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yefim Saratov küçəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Qasımova Yasəmən Muraz qızı qardaşı tərəfindən əvvəlcə döyülüb.

Daha sonra o kürək nahiyyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda o, cərrahi əməliyyat edilir.

Qeyd edək ki, Y.Qasımova hamilədir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

www.RESMIXEBER.az