Avropa Parlamentinin deputatları Rusiya Prezidenti Vladimir Putinin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynaya qarşı təcavüz cinayətinə görə məsuliyyət daşımasını tələb edirlər.
Bununla əlaqədar olaraq avropalı parlamentarilər qətnamə qəbul ediblər.
Qətnamədə qeyd olunur ki, Avropa Parlamentinin deputatları Aİ-ni Ukrayna və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək, Rusiya və onun müttəfiqlərinin siyasi və hərbi rəhbərliyini təqib etmək üçün xüsusi beynəlxalq tribunal yaratmağa çağırırlar.
Qətnamədə həmçinin Rusiya Federasiyasının Kiyevə təzminat ödəməsi haqqında da tələb yer alıb.
Mənbə: News.ru
www.RESMIXEBER.az