“Blokada və ya humanitar fəlakətdən söhbət gedə bilməz” – İtaliya nəşri Laçın yolundakı aksiyadan yazıb

Siyasət

İtaliyanın “InsideOver” nəşrinin jurnalisti Matteo Karnieletto Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların keçirdikləri aksiyanı işıqlandırıb.

Məqalədə qeyd edilir ki, Laçın yolunda azərbaycanlı ekoloqlar “çirkləndirməyi dayandırın, təbiəti qoruyaq, özümüzü xilas edək” kimi şüarlarını ucadan səsləndirirlər. 

“Onlar 30 gündən artıqdır ki, Laçın yolunda nümayiş keçirirlər və Ermənistan onları yolu siyasi motivlərlə bağlamaqda ittiham edir. Burada hər kəs ittihamları rədd edir və əsas diqqəti ətraf mühitə yönəltməyə üstünlük verir”, – yazıda qeyd edilir.

Müəllif “onilliklər ərzində erməni işğalçılar bu torpaqları talayıb, ətraf mühiti çirkləndiriblər. Onlar bunu davam etdirirlər və indi “bəsdir” deməyin vaxtıdır” deyən etirazçıdan sitat gətirir və Laçın yolundan qanunsuz silah daşınması faktına diqqət çəkir:

“Görünür ki, artıq 2020-ci ildə Üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra yol qanunsuz olaraq silahların, minaların, Azərbaycanın qızıl və mis mədənlərindən oğurlanmış mineralların qeyri-qanuni dövriyyəsi üçün istifadə olunub. Və hələ də bu marşrutla əcnəbilərin, xüsusilə də İran vətəndaşlarının qeyri-qanuni hərəkətindən söhbət gedir”, – italiyalı jurnalist yazır.

M.Karnieletto Şuşanın azad olunmasına da toxunur, Azərbaycan xüsusi təyinatlılarının şəhəri azad etməsinin həm ABŞ, həm də Sinqapur üçün araşdırma mövzusu olduğundan, bu yaxınlarda İtaliya və Azərbaycan Müdafiə nazirlikləri arasında müqavilə imzalandığından yazır.

İtaliya nəşri yolun, aksiyalara baxmayaraq, açıq olduğunu qeyd etməklə ermənilərin ittihamını da rədd edir:

“Təxminən hər qırx dəqiqədən bir rus maşınlarının yoldan keçdiyini görmək olur, ekoloji nümayişi təşkil edənlər də onlara keçməyə icazə vermək üçün çəkilirlər. Ona görə də blokadadan və ya humanitar fəlakətdən söhbət gedə bilməz, rus maşınları, eləcə də təcili yardım maşınları, humanitar yardımlar, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nəqliyyat vasitələri keçir”, – deyə məqalədə vurğulanır.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir