Türkiyədə hərbçiləri daşıyan avtobus alışıb yandı – VİDEO

Dünya

Türkiyənin Mersin şəhərində hərbçiləri daşıyan avtobus TIR-a çırpılıb.

Qəzadan sonra avtobus yanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürən, polis və tibb qrupları çağırılıb.

Tibb işçiləri 3 nəfərin həyatını itirdiyini müəyyən ediblər. İkisi ağır olmaqla 20 nəfər yaralanıb. Yaralılar Mersin və Adanadakı xəstəxanalara çatdırılıblar. Həlak olanların meyitləri kimliklərinin müəyyənləşdirilməsi üçün morqa aparılıb.

Hadisə ilə əlaqədar Mersin-Niğde istiqamətində uzun tıxac yaranıb.

Mənbə: DHA

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir