Lənkəranda qadın su quyusuna düşərək öldü

Cəmiyyət

Lənkəran rayonunda qadın su quyusuna düşərək ölüb.

“resmixeber.az”un xəbərinə görə, Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayeva Seyranə Cabir qızı yaşadığı evin həyətində olan su quyusuna düşüb.

Meyitə baxış zamanı bədən səthində hər hansı xəsarətlər aşkar edilməyib.

Məhkəmə tibb ekspertinin ilkin ehtimallarına əsasən, S.Ağayeva öz ehtiyatsızlığı nəticəsində quyuya düşərək suda boğulub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir