Azərbaycan və İsrail XİN başçıları arasında telefon danışığı olub – FOTO

Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub.

Bu barədə israilli nazir özünün “Twitter” hesabında yazıb.

Telefon danışığı zamanı Ceyhun Bayramov həmkarını yeni təyinatı münasibətilə təbrik edib.

“Mən C.Bayramovu Azərbaycanın İsraildə səfirliyinin açılışı münasibəti ilə səfərə dəvət etdim. Biz bundan sonra da ölkələr arasında əlaqələri gücləndirmək və əməkdaşlığı genişləndirmək üçün razılığa gəldik”, – deyə Koen bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir