Dostunu bıçaqlayan şəxsə cəza verildi

Kriminal

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Süleyman Rzayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

Qeyd edək ki, hadisə 2022-ci il fevralın 19-da Xaçmaz rayonunun Sibiroba kəndində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Süleyman Rzayev həmkəndlisi və dostu, 1977-ci il təvəllüdlü Valeh Novruzova mətbəx bıçağı ilə qarın nahiyəsinə xəsarət yetirib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Daha sonra S.Rzayev şübhəli şəxs qismində tutulub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir