Mourinyonun “Real”ın yarımmüdafiə xətti üçün əsas hədəfi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

“Real” yarımmüdafiə xəttini gücləndirmək üçün əsas hədəf kimi
Enzo Fernandezi müəyyənləşdirib.

Argentinalı futbolçu baş məşqçi Joze Mourinyonun prioritet
seçimidir. Madrid klubu transferi mümkün qədər tez başa çatdırmaq
istəyir.

Bildirilir ki, “Çelsi” Enzonu satmağa hazırdır. Klubun baş
məşqçisi Xabi Alonso layihədə maraqlı olmayan futbolçuları
komandada saxlamaq istəmir. London təmsilçisi 24 yaşlı
yarımmüdafiəçini ən azı 120 milyon avro dəyərində
qiymətləndirir.




Həmçinin futbolçunun agenti Xavier Pastore də “Real”ın
marağından xəbərdardır.

Əgər Enzo Fernandesin transferi baş tutmasa, Madrid klubu
alternativ variantları da nəzərdən keçirir. Siyahıda Mateus
Fernandes (Vest Hem) və 18 yaşlı Ayyoub Bouaddi (Lill) yer
alır.