
Azərbaycanda təhsil işçiləri vəfat edib.
Modern.az xəbər verir ki, Ağdam Dövlət Peşə Təhsil Mərkəzinin tədris və təlim işləri üzrə direktor müavini Fazil Ağayev vəfat edib.
Onun ölüm səbəbi hələ ki açıqlanmayıb.
Eyni gündə Lənkəran Dövlət Universitetinin (LDU) baş müəllimi Eldar Məmmədov da vəfat edib.
Pedaqoq 66 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Eldar Məmmədov LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi vəzifəsində çalışırdı.
Töhfə Səməd

