
Bakı.Trend:
“Azərbaycan Dəmir Yolları” QSC bayram günlərinin iş qrafikini
açıqlayıb.
Qurumdan Trend-ə verilən məlumata görə, Qurban bayramı və
Müstəqillik Günü münasibətilə 27, 28 və 29 may tarixlərinin
istirahət günü elan olduğunu nəzərə alaraq 27, 28, 29, 30 və 31
mayda Abşeron dairəvi dəmir yolu üzrə qatarlar şənbə-bazar
günlərinin cədvəli ilə hərəkət edəcək.
“Hərəkət cədvəlləri ilə saytımızda və ya “ADY Mobile” tətbiqində
tanış ola bilərsiniz”,-deyə məlumatda bildirilib.

