
Bakı. Trend:
Mayın 25-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini
Mixail Qaluzin Moskva şəhərində Azərbaycan Respublikasının
fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşüb.
Trend xəbər verir ki,
bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Müzakirələr zamanı Rusiya-Azərbaycan gündəliyinin aktual
məsələləri üzrə fikir mübadiləsi aparılıb. Yüksək səviyyəli
qarşıdakı təmaslarla bağlı mövqelər dəqiqləşdirilib. İkitərəfli
əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, o cümlədən
mədəni-humanitar əlaqələrin tam həcmdə bərpasının əhəmiyyəti
ətraflı şəkildə nəzərdən keçirilib.
Cənubi Qafqaz və Xəzər regionunda sülhün, sabitliyin və
əməkdaşlığın möhkəmləndirilməsi də daxil olmaqla, Rusiya-Azərbaycan
müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi məqsədilə
tərəflərin səmərəli birgə işi davam etdirmək niyyəti bir daha
təsdiqlənib”, – deyə nazirliyin məlumatında bildirilir.

