Saqqızın gözlənilməz zərərləri açıqlandı

Baş səhifə

Bakı. Trend:

Saqqız xroniki baş ağrılarının yaranmasına səbəb ola bilər. Onu
yalnız yeməkdən sonra və 10–15 dəqiqədən çox olmayan müddət ərzində
istifadə etmək olar.

Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə uşaq stomatoloqu
Yekaterina Şaula bildirib.

Onun sözlərinə görə, qida qəbulu zamanı tüpürcək vəziləri
gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Belə ki, tüpürcək bir
neçə qoruyucu funksiyanı yerinə yetirir: qida qalıqlarının mexaniki
şəkildə yuyulub aparılması və kariyesə səbəb olan turşuların
təsirinin kimyəvi olaraq zəiflədilməsi bunlara daxildir. Həkim qeyd
edib ki, bu mexanizm yalnız şəkərsiz məhsullardan istifadə
olunduqda effektiv işləyir.

“Müalicə baxımından əsas əks-göstəriş çənə-çənəaltı oynağının
funksional pozuntusudur: əgər ağız açılarkən xışıltı və ya ağrı
hiss edirsinizsə, oynağa əlavə yük məhdudlaşdırılmalıdır”,- deyə
mütəxəssis tövsiyə edib.




Bundan əlavə, dişlərin patoloji aşınması və bruksizm problemi
olan şəxslər də xüsusi ehtiyatlı olmalıdırlar.

Həmçinin saqqızda sorbitol kimi məşhur şirinləşdiricilər
həddindən artıq istifadə edildikdə bağırsaq problemləri və ishala
səbəb ola bilər.

Uşaqlar və yeniyetmələr üçün isə saqqız üz əzələlərinin
həddindən artıq yüklənməsi nəticəsində xroniki baş ağrılarına səbəb
ola bilər. Bundan başqa, breket sistemi daşıyan şəxslər də bunu
nəzərə almalıdırlar – saqqız aparatın detallarına yapışaraq
breketlərin qopmasına gətirib çıxara bilər.