İranda casusluqda təqsirli bilinən şəxs edam edilib

Baş səhifə

Bakı. Trend:

İranda ABŞ və İsrail kəşfiyyatına casusluqda təqsirli bilinən
şəxs edam edilib.

Trend xarici
mediaya istinadən xəbər verir ki, edam olunan şəxs Erfan Şakurzadə
olub.




Məlumata əsasən, o, peyk fəaliyyəti ilə məşğul olan elmi qurumda
çalışıb və məxfi elmi məlumatları xarici kəşfiyyat xidmətlərinə
ötürüb.