Florian Filippo Fransada Prezident seçkilərində iştirak etmək niyyətindədir

Baş səhifə
Florian Filippo Fransada Prezident seçkilərində iştirak etmək niyyətindədir

Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

“Report” xəbər verir ki, o bu barədə “France 2” telekanalının efirində bəyan edib.

“Mən prezident seçkilərində namizədəm və təsdiq edirəm. Hazırda 2021-ci ildəkinə nisbətən daha əlverişli şəraitdə irəli sürülürəm, o zaman bunu çox gec etmişdim”, – o deyib.

Filipponun sözlərinə görə, keçən seçkilərdə seçkilərdə iştirakını təsdiqləmək üçün merlərin imzalarının toplanmasında çətinliklərlə üzləşib – tələb olunan 500 imzadan yalnız 1-ni toplaya bilib. Bu dəfə o daha yaxşı nəticələr əldə edərək ölkənin əsas postu uğrunda mübarizə aparmağa ümid edir. Qalib gəldiyi təqdirdə o, Fransanın Avropa İttifaqından və NATO-dan çıxmasına nail olmağı vəd edib.

Fransada prezident seçkilərinin birinci turu 2027-ci ilin aprelinə planlaşdırılıb.