
Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olub.
Trend xəbər verir ki, “Bavariya” PSJ-ni qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə bitib.
İlk matçda qazandığı qələbə ilə finala PSJ yüksəlib.
Qeyd edək ki, Paris təmsilçisi finalda “Arsenal”la qarşılaşacaq.
Matç mayın 30-u saat 20:00-da Budapeştdə baş tutacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu
6 may
23:00 “Bavariya” – PSJ 1:1
Qollar: H.Keyn, 90+4, – O.Dembele,3
İlk oyun 4:5

