Tədrisi digər dillərdə aparılan bölmələrdə 1-ci sinfə qəbul üzrə müsahibələr başlayıb

Baş səhifə

Bakı. Trend:

Bu gün saat 11:00-dan etibarən tədris digər dillərdə aparılan
bölmələr üzrə birinci sinfə qəbul üzrə müsahibəyə qeydiyyat
başlayıb.

Trend
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən
xəbər verir ki, müsahibələr 18 may 18:00-a qədər davam edəcək.




Qeyd edək ki, dövlət məktəblərində digər dildə təhsil almaq
istəyən şagirdlərin müsahibəsi ərizəçinin razılığı ilə videoçəkiliş
aparılmaqla, azı 20 dəqiqə müddətində keçiriləcək. Müsahibədə
şagirdin dinləyib-anlama bacarığı, rabitəli danışma bacarığı, söz
ehtiyyatı, hərf və səsləri anlama və tələffüz etmə, danışma
bacarığı, yazı bacarığı yoxlanılacaq. Müsahibədən 12 və daha çox
bal toplamış uşaq (şagird) müsahibədən müvəffəqiyyətlə keçmiş hesab
olunacaq.

Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 (beş) iş günü
müddətində ərizəçinin elektron kabinetinə göndəriləcək. Ərizəçiyə
kənar müdaxilələr etmədən müsahibə prosesini izləməyə icazə
veriləcək. Üzrlü səbəblərdən (rəsmi sənədlə təsdiq edildiyi halda –
bədbəxt hadisə, təbii və fövqəladə hallar, xəstəlik, uşağın və (və
ya) ərizəçinin müalicəsi, ərizəçinin xidməti ezamiyyədə olması) I
sinfə qəbul üzrə müsahibədə iştirak etməyən uşaqlar üçün
müsahibələr cari ilin avqust ayında təşkil olunacaq.