4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransda 46 ölkədən nümayəndələr iştirak edəcək – Səfir

Baş səhifə

Bakı. Trend:

Düşənbədə keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq
Konfransda 46 dövlətin və 39 beynəlxalq təşkilat eləcə də, maliyyə
institutlarının nümayəndələrinin iştirakı təsdiqlənib.

Trend-in məlumatına görə, bunu Tacikistan
Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
İlhom Abdurahmon Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM)
və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı
səfirliyinin təşkilatçılığı ilə Düşənbə şəhərində “Dayanıqlı
İnkişaf üçün Su: 2018-2028” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi
çərçivəsində keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa
həsr olunmuş brifinqdə bildirib.




“İştirakçılar arasında baş nazirlər, vitse-prezidentlər, BMT Baş
katibinin müavinləri, nazirlər və səfirlər daxil olmaqla yüksək
səviyyəli rəsmilər yer alır”,-deyə o bildirib.

Səfirin sözlərinə görə, tədbirdə ümumilikdə 2500-dən çox
nümayəndənin iştirakı gözlənilir ki, bu da qarşıdan gələn konfransa
beynəlxalq səviyyədə yüksək marağın göstəricisidir.