“Çelsi” 33 il sonra Premyer Liqada antirekordunu təkrarlayıb

Baş səhifə
Çelsi 33 il sonra Premyer Liqada antirekordunu təkrarlayıb

İngiltərə Premyer Liqasının XXXV turunda evdə “Nottinqem Forest”ə uduzan “Çelsi” 33 il sonra antirektordunu təkrarlayıb.

“Report” xəbər verir ki, “Stemford Bric”də rəqibinə 1:3 hesabı ilə məğlub olan zadəganlar cari mövsüm Premyer Liqada 6-cı məğlubiyyətini alıb.

London təmsilçisi sonuncu dəfə 1993-cü ildə eyni uğursuzluğu yaşayıb.

Qeyd edək ki, “Çelsi” son 6 oyununda cəmi 1 qol vurub və qapısından 14 qol buraxıb. Komanda turnir cədvəlində 48 xalla 9-cu pillədə yer alıb.